Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Baş verən son hadisələrə daha açıq və geniş yanaşmalıyıq” – Əflatun Amaşov

“Azərbaycanın mövcud quruluşunu dəyişmək istəyən qüvvələr mövcud olsa da, onlar zəifdirlər”.

Yenicag.az xəbər verir ki, bu fikirləri iyulun 16-da Bakıda keçirilən “Media: Dini radikalizmlə mübarizə” konfransında Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.

Əflatun Amaşovun fikrincə, son günlər ölkədə sabitliyin pozulmasına yönəlmiş hərəkətlərin İslam dini ilə, gerçək müsəlmanlarla əlaqəsi yoxdur:

“Hesab edirəm ki, baş verən bu hadisələrə daha açıq və geniş yanaşmalıyıq. Hər kəsə məlumdur ki, Azərbaycanda dayanıqlı tolerant mühit mövcuddur. Ölkədə bütün dinlər dinc yanaşı şəkildə mövcuddur, qarışıq ailələr və sair.

İslam dini insanlara göndərilmiş sonuncu din olaraq, sülh dinidir. Ancaq son hadisələr, ondan əvvəl isə Nardaran olayları, Hacı Cavad məscidi ilə bağlı yaşananlar göstərdi ki, müəyyən bir qrup Azərbaycanda İslam dövləti qurmaq niyyətindədir. Bu kimi məqamlar bizi dərindən düşündürməlidir. Bu çərçivədə bəzi saytların yaydıqları məlumatlar vətəndaşlarımızın narahatlığına səbəb olur.

Diqqətlə baxdıqda düşünməli oluruq ki, prezident seçkilərinin vaxtı önə çəkilməsəydi, seçkilər payıza təyin edilsəydi, nələr ola bilərdi?

Bu məsələlərdən bəhs edərkən media ilə yanaşı, sosial şəbəkələrin də fəaliyyətinə toxunmalıyıq. Ölkədə 3 milyon civarında sosial şəbəkə istifadəçisi var. Bildiyiniz kimi, Azərbaycana qarşı təxribatçı hərəkətlərə çağırışlar əsasən, sosial şəbəkələr vasitəsilə edilir. Lakin Azərbaycanın mövcud quruluşunu dəyişmək istəyən qüvvələr mövcud olsa da, onlar zəifdirlər. Digər tərəfdən, son hadisələrin TANAP layihəsinin həyata keçirilməsindən sonraya təsadüf etməsi də düşündürücü məqamdır.

Aydın görünür ki, bu olayları təşkil edənlərin İslam dini ilə əlaqəsi yoxdur, onlar xaricdən idarə olunurlar. Bütün bunları Azərbaycan mediası da görür. O baxımdan, mətbuatda çalışanlar öz işlərini düzgün qurur və quracaqlar”.

A.Zeynalov

www.yenicag.az

3299
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS