!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Başçısız rayon, fürsətcil qonşu, əlacsızlıqdan məmurları döyən sakinlər - Ağdamda nələr baş verir?

!Reklam – Yazi

Bu ilin 6 iyun tarixindən, Ağdam rayon icra hakimiyyəti başçısı vəzifəsi boşdur.

Düzdür, vəzifəni keçmiş başçı Raqub Məmmədovun birinci müavini Allahverən Əliyev icra edir. Ancaq rayon sakinlərinin və vəzifəli şəxslərin Yenicag.az-a verdiyi məlumata görə, rayonda başçının olmaması özünü hər mənada göstərir. Belə desək, rayonda Allahverən Əliyevi heç kim qəbul etmir, saymır.

Əldə etdiyimiz bilgilərə görə, rayonda özbaşınalıq pik həddədir. Əvvəllər müəyyən günlərdə icra hakimiyyətinə dərdini deməyə gələn sakinlər, artıq hər gün bu qurumun “qapısını döyürlər”. Şikəyətçilərin sayı durmadan artır.

Ağdam sakinlərinin sözlərinə görə, rayonda texnika tapılmadığı üçün məhsullar yerlərdə qalıb. Sakinlər deyir ki, pis-yaxşı başçı olan zaman bu kimi hallarla üzləşməyiblər. Hazırda rayonda demək olar ki, heç bir idarə işləmir, idarəçilik iflic vəziyyətdədir.

Məhsulu yerdə qalan rayon sakinləri icra hakimiyyətinə dəfələrlə şikayət ediblər. Vətəndaşları texnika ilə təmin etməli olan şəxslərin cavabı isə belə olur, rayonda başçı yoxdur, nə edəcəyimizi bilmirik. Əldə etdiyimiz məlumata görə, fermerlər icradan umduqlarını ala bilmədikdə şikayət üçün aqrolizinqə gediblər. Orada da dərdlərinə çarə tapılmadıqda, aqrolizinqin müdirini döyüblər.

Rayonda sistemsizlik digər məsələlərdə də özünü göstərir. Belə ki, baramaçılıqla məşğul olan şəxslər məhsullarını gizli yolla digər rayonlara baha qiymətə satırlar. Bu məsələyə nəzarət etmək üçün polis əməkdaşları işə cəlb edilsə də, baramaların gizlin satışının qarşısını ala bilməyiblər. Gümçülər (barama becərənlər) məhsulları dövlətə satmaqdansa, planı doldurmaq istəyən digər rayonların icra hakimiyyətlərinə satırlar. Verilən məlumata görə, dövlət baramanı 9 manatdan aldığı halda, gümçülər onu subsidiyadan 2-3 dəfə baha qiymətinə – 20 manata qonşu rayonlara təhvil veriblər. Araşdırmalar nəticəsində məlum olur ki, fürsətdən istifadə edən Xocavənd rayon icra hakimiyyəti planı doldurmaq üçün Ağdamdan kilosu 20 manata barama alıb.

Ağdam rayon icra hakimiyyətinin başçısız qaldığı gündən rayonda hər gün bir neçə dəfə işıqların söndüyü də deyilir. Sakinlər bildirir ki, rayonu başsız görən digər məmurlar, istədikləri kimi hərəkət edirlər.

İcra hakimiyyətində işləyən vəzifəli şəxslərin bildirdiyinə görə, hər gün bu qurumun qarşısında dava olur, söyüş, təhqirlər eşidilir.

Rayon sakinləri və vəzifəli şəxslərin qorxduğu isə tamam başqa məsələdir. Cəbhə xəttində yerləşən rayonda özbaşınalıq düşmən üçün də fürsətə çevrilə bilər. Belə olan halda təxribat qaçınılmaz olar. Bu isə rayonda düz getməyən işləri ümumən axarından çıxara bilər.

Səxavət Məmməd

www.yenicag.az

1967
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv