!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Başımızın üstünü alan TƏHLÜKƏ - Ölüm saçan dam örtükləri

!Reklam – Yazi

Son vaxtlar havaların küləkli keçməsi dam örtüklərinin insan həyatı üçün təhlükəli olması məsələsini gündəmə gətirib.

Paytaxtımızdakı bir çox binaların dam örtükləri nə dərəcədə güvənlidir? Ölüm saçan bu dam örtüklərinin təhlükəsindən özümüzü necə qoruyaq?

Yenicag.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı dam örtükləri ilə bağlı fəsadların aradan qaldırılmayacağı təqdirdə faciənin qaçılmaz olacağını bildirib.

O, bu məsələ ilə bağlı paytaxt sakinlərini xəbərdar edib:

“Binalar dövlətin, mənzil tikinti kooperativlərinin (MTK), sahə mülkiyyətçilərinin və digər qurumların nəzarətində ola bilər. Onlar istər həmin tikililərin keyfiyyətinə, gələcəkdə onlarda yaranan istehsalat qəzasına, istərsə də digər bədbəxt hadisələrə cavabdehdirlər.

Bir də dövlətin balansında olmayan binalar var. Köhnə yaşayış fondu istisna olmaqla onların bir hissəsi mənzil tikinti kooperativlərinin (MTK) idarəetməsindədir. Təbii ki, tikili hansı təşkilatın öhdəliyindədirsə, birbaşa olaraq məsuliyyəti də həmin qurum daşıyır.

Əgər vətəndaş binadan qopan dam örtüyündən və ya digər səbəblərdən xəsarət alıbsa, ona dəyən zərəri hüquqi olaraq qarşı tərəfdən tələb edə bilər. Şəxs bədbəxt hadisə nəticəsində öldükdə isə, onun yaxınları qarşı tərəfdən maddi və mənəvi tələb irəli sürmək hüququna malikdir”.

Sadiq Cavadov

www.yenicag.az

281
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv