!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Basketbol yığmalarımız Avropa Kubokunun seçmə mərhələ oyunlarında iştirak edəcəklər

!Reklam – Yazi

17-18 iyun Kiprin Limassol şəhərində 3×3 basketbol üzrə həm kişi, həm də qadın milliləri arasında Avropa Kubokunun seçmə mərhələ oyunları baş tutacaq.

Yenicag.az xəbər verir ki, bosniyalı məşqçi Aleksandar Vlahoviçin rəhbərlik etdiyi Amil Həmzəyev, Cəbrayıl Əkbərov, Zaur Paşayev və Endar Poladxanlıdan ibarət kişi yığma komandamız A qrupunda, Kipr, Lüksemburq və Malta millilərinə qarşı mübarizə aparacaq.

Serbiyalı məşqçi Ratomir Deliçin rəhbərlik etdiyi Tatyana Deniskina, Aleksandra Mollenhauer, Mersedes Volker və Dina Ulyanovadan ibarət qadın yığma komandamız A qrupunda İrlandiya və Malta milliləri ilə qarşılaşacaq.

Qadın və kişi millilərimizin qrupda ilk oyunları 17 iyunda Malta seçməsinin qadın və kişi komandalarına qarşı Bakı vaxtı ilə müvafiq olaraq saat 9:30 və 9:55-də baş tutacaq.

Onu da qeyd edək ki, Avropa Kubokunun əsas mərhələsi 5-7 sentyabr İsraildə keçiriləcəkdir.

www.yenicag.az

295
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv