!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Başqalarına sataşınca gedin…” - İradə onu tənqid edənləri SUSDURDU

!Reklam – Yazi

“Başqalarına sataşınca xoşbəxt olan nifrətinizi, kininizi, qara qəlbinizi mən müalicə edə bilmərəm. Ən gözəli bu insanlardan uzaqlaşmaq, özümüzdən uzaqlaşdırmaq, əsəbiləşməmək, üzülməməkdir”.

Yenicag.az xəbər verir ki, bunu Türkiyədə yaşayan müğənni İradə İbrahimova görünüşü barəsində mənfi fikirlər səsləndirən insanlara cavab olaraq deyib.

Sənətçi həmin insanlara səslənərək ürəyini boşaldıb:

“İnciməyin, sizi bəyənirəm, sevirəm, amma bu, görəsən, güzgüyə baxmır? Təcili, imkan varsa, dəyişin…” –  bu kimi qəlb gözləriylə baxıb yazanlar… Başqa insanların hüzurlu hallarını görüncə mənim içim sonsuz sevinclə dolur. Müzakirə və üsyan etmirəm, nə yediyinə-içdiyinə, saçına-başına, geyindiyinə baxıb neqativ duyğu məktubu yazmıram. Məni qoyaq bir kənara.

Deyirəm, insanların seçimlərini bu cür həddini bilmədən yönləndirməyə çalışmaq, təndiq etmək nə qədər ayıb bir şeydir. Əvvəlcə yazdıqlarını silməyəcəkdim, sonra o mənfi, qüsur axtarmaq üçün baxanları səhifəmdə görmək istəmədim. “Onların həyata baxışlarını mən dəyişdirə, onları müalicə edə bilmərəm”, – deyib, sildim. Bağışlayın, amma sizə pis söz söyləyib pislik etməyə dəvət edənlərin sırasına daxil olmayın! Boş verin! Gözəl baxan mütləq gözəl görər. Heç kimə də hesab vermək məcburiyyətində deyilsiniz. Ürəyinizdən, içinizdən keçdiyi kimi yaşayın. Yetər ki, sataşmadan, qəlb qaraltmadan yaşayın. Unutmayın, baxdıqları bizlər, gördükləri isə onlardır. Başqalarına sataşınca xoşbəxt olan nifrətinizi, kininizi, qara qəlbinizi mən müalicə edə bilmərəm”.

Nehru

www.yenicag.az

257
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv