Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Başqırdıstanın yeni rəhbəri və onun erməni xanımı barədə: “Bu, biz türklər üçün TƏHQİRDİR!”

Məşhur başqırd hüquq müdafiəçisi Alfiya Uzyanbayeva Yenicag.ru-nun suallarını cavablandırıb.

– Alfiya xanım, Başqırdıstana mərkəzdən yeni rəhbər təyin olunub. Bu barədə nə deyə bilərsiniz?

– Təyin olunun rəhbər Kremlin gözdənsalma təbliğatının birbaşa göstəricisidir. Açığı, biz dəyişiklik gözləyirdik. Həm dəyişiklik təklif edirdik, həm də onun reallaşacağını gözləyirdik. Amma onun Kremlə satılmış olduğunu gördük. Gözlənilən sürpriz baş tutdu. Başqırdıstanın taxtına oturmaq üçün o da Moskvaya əyildi. Əvvəlki rəhbər Xamitov kimi onlar da müxalifətlə dialoqdan, danışıqlar masasına oturmaqdan qorxurlar. O, özünü Paşinyanla danışıqlara gedən və özünü korluğa vurmuş Serj Sarkisyan kimi aparır. Yeri gəlmişkən, Paşinyan məhz bu cür davranışlara görə qansız hakimiyyəti dinc mitinq yoluyla devirə bildi. Biz hələ ki, Xabirova müxalif mövqedə deyilik. Amma səsimizi eşitdirmək üçün fəaliyyətini izləyir, səhvlərini söyləyirik. Onun həyat yoldaşlarının milliyəti barədə danışdığı yalanlar artıq ona olan inamımızı azaltmağa kifayət edir. O, “Vesti” proqramında həyat yoldaşlarının rus olduğunu bildirdi. Ancaq nədənsə onun bu açıqlaması Karina Avanesyan Xabirovanın tərcümeyi-halı ilə üst-üstə düşmür. Başqırdlarda yalan danışmaq qəbuledilməzdir. Bu, bizim mentalitetimizə ziddir.

– Bəs Kremlin yerləşdirdiyi bu adamlar yerli əhaliylə necə yola gedir?

– Başqırdıstanın tarixi ərazisi Uralın çox böyük hissəsini əhatə edir. Bura qaz və neft daxil olmaqla bir çox təbii sərvətlərlə zəngindir. Həmçinin, çox gözəl təbiətə malikdir. Əlverişli iqlim şəraiti və münbit torpaqlarımız da bir ayrı zənginliyimizdir. Ancaq bu zənginliklərin heç biri xalqa xidmət etmir. Respublikanın böyük biznes sahələri, neft, qızıl, gümüş, bürünc və bir çox təbii sərvətləri şəxsi əllərdədir. Başqırdıstanın varidatı Uralın böyük oliqarxlarına, onların şirkətlərinə verildi. Məsələn, BMSK ASC Yekaterinburqun UQMK Holdinqinə verildi. Hansı ki, orada baş verən texnogen fəlakətlə bağlı informasiya blokadası davam etməkdədir. Bu hadisə prokuror Karaçurinin də işdən kənarlaşdırılmasına səbəb oldu. Məhz mədən sənayesinin başqa əllərə keçməsi o vaxt bu kriminal hadisənin baş verməsinə gətirib çıxardı. Respublikanın hər yerində böyük kütləyə sahib olan kürd, tacik diasporalarının bu qaranlıq iqtisadiyyatda hansı işlərlə məşğul olduğunu isə sadəcə ehtimal edə bilirik. O illərdə ölkədə kürd-yezid əsilli Ded Xasan var idi. Təfərrüatlarına girmək istəmirəm, amma gəlmələrin yaratdığı hərc-mərcliyi görəndə ölkədəki durum haqqında təsəvvür yaranır. Xüsusilə, kriminogen vəziyyət get-gedə dərinləşir. Narkotik vasitələrdən istifadə edənlərin sayı artır. Gözlərimizin önündə gənclərimizin intiharını izləyirik. Lakin xalq bunun qarşısını almalı olan hüquq-mühafizə orqanlarının fəaliyyətsizliyi barədə fikirləşmir. Respublika hazırda koloniya halında depressiv bir şəraitdə yaşayır. İnsanların itirəcək heç nəyi qalmayıb. İş yox, biznes qurmaq istəsən, qazandığının böyük hissəsi əlindən alınacaq və ən əsası uşaqlar təhlükə altında yaşayır. Bu isə istənilən ananın ürəyini parçalayır. Burada ya xoşbəxt analar var, ya da həyat uğrunda mübarizə aparan analar.

– Məktəblərdə başqırd dilinin tədrisi və qız tələbələrin hicab taxması məsələsi nə yerdədir? Bununla bağlı bir çox milli respublikalarda problemlər yaşanırdı. Xüsusən də Şimali Qafqaz və Tatarıstanda.

– Gəlin, bunun haqqında daha ətraflı danışaq. Başqırdıstanın əsası qoyulandan ölkənin statusu ikitərəfli anlaşma əsasında, yəni, Başqırdıstan Respublikası və Fəhlə-kəndli sinfi arasında bölünmüşdü. Hansı ki, ikincinin əsası bir neçə il sonra qoyulmuşdu. Hazırda başqırd dili özünün yaxşı dövrünü keçirmir. Qeyd edim ki, bu anlaşma Lenin-Stalin və Başqırdıstan tərəfdən isə Xalikov və Murtazin tərəfindən imzalanmışdı. Razılaşma hər iki tərəfdən döyüşlərdə ölən insanların qanı ilə bərkidildi. Başqırd ordusu tərk-silah edildikdən sonra kommunistlər həyasızcasına anlaşmanın şərtlərini pozmağa başladılar. Yalan, hiylə və tarixi ədalətsizlik SSRİ-nin ən yaxşı bacardığı iş idi. Daha sonra Başqırdıstanda baş verənlər isə bizim xalqımızın alçaldılması, koloniyalara bölünməsi və etnik ayrı-seçkiliyə məruz qalması demək idi. Biz başqırd dilinin Yaponiyada, Zimbabvedə və s. yerlərdə tədrisini tələb etmirik. Bura bizim vətənimizdir. Burada hər kəs başqırd dilini bilməli və bu dildə danışmalıdır. Bu o qədər bərbad hissdir ki. Təsəvvür edin, öz ölkəndə öz dilində təhsil almaq üçün kimdənsə icazə istəməlisən. Başqırd dili mütləq bərpa olunmalıdır. Ancaq hazırda bizim respublikamızda bütün sənədləşmə işləri və məhkəmə prosesləri istisnasız şəkildə rus dilində aparılır. Məhkəmələr başqırd dilində danışan vətəndaşlara xidmət göstərməkdən imtina edirlər. Hətta, tərcüməçi gətirməkdən belə boyun qaçırırlar. Polislər bizim izahatlarımızı öz dillərinə tərcümə edir və öz imzalarını çəkməkdən belə çəkinmirlər. Mən bilmirəm ki, buna nə ad vermək olar. Respublika ərazisindəki polislər də Moskva tərəfindən təyin olunur və yerli əhalini tanımırlar, onların adətlərini, mentalitetlərini bilmirlər. Başqırdıstanın daxili işlər naziri də 10 ildir ki “kreslo”sundan əl çəkmək bilmir. Başqırd dili, yəni bizim doğma dilimiz öz ölkəmizdə diaspora dili kimi qiymətləndirilir, dövlət dili kimi yox.

Hicab məsələsində də münaqişə mövcuddur. Burada da məktəb direktorunun mövqeyindən asılı olaraq, ilkin mərhələdə müsəlman uşağı məktəbə buraxılmaya bilər. Direktor uşağa şərt kəsə bilər, ən yaxşı halda isə psixoloji təzyiq edə bilər. Bundan əlavə, dərsliklərin bəzilərində xristianlığın təbliğiylə bağlı materiallar da müsəlman uşaqlarının beynini doldurur. Bu zaman belə bir sual meydana çıxır. Niyə buddizm, tenqrizm və digər dinlər haqqında da dərslər keçirilmir? Əgər Rusiya Təhsil Nazirliyi xristianlığı təbliğ edirsə, niyə hicaba qarşı bu cür mövqe tutur? Bu, milli respublikalardakı uşaqlara qarşı psixiterrordurmu? Anlaşılmazdır. Başqırdıstanda polis başqırd dilini müdafiə edənləri həbs etdi.

– Başqırdıstanın yeni rəhbəri məsələsinə bir daha qayıdaq. O, regiona nə verə bilər? Yoxsa o daha çox buradan nəsə “almağa”, “qoparmağa” gəlib?

– Hələ ki, sadəcə söz verir və gözdən pərdə asır. Şəxsən mən inanmıram ki, o respublikaya və xalqa nəsə verməyə gəlib. Onun və komandasının xalqın problemini həll etmək üçün gəldiyini düşünmürəm. Müvəqqəti gəliblər. Milləti soyacaqlar və qaçacaqlar. Fəal seçki zamanı öz PR işlərini apararkən respublika ərazisinə gəldiklərini görmədik. Adi vətəndaşlar isə onlara sadəcə selfi çəkdirmək və göstəriş üçün lazımdır. O hətta, özünün təşkil etdiyi iməcliyə belə qatılmamışdı. Nə demək olar axı? Belə ki, seçkilərdən öncə digər bütün namizədləri bu və ya digər şəkildə yarışdan kənar qoyurlar. Məsələn, Ayrat Dilməhəmmədovu da heç nəyin üstündə həbs etmişdilər. Gerçək reytinqlərdə hər şey ortadadır. Xabirov sadəcə oliqarxlara və muzdlu qullarına arxayındır. Odur ki, o bizim gözümüzdə rəhbər deyil.

– Xabirov başçı seçildikdən sonra ermənilər bayram edirdilər. Yeni prezidentin həyat yoldaşının şəkillərini paylaşaraq: “Başqırdıstanın birinci xanımı ermənidir” şüarları səsləndirirdilər. Bu fakta respublikada, ümumən, ictimaiyyətdə münasibət necədir?

– Biz təkmillətli dövlət deyilik. Heç buna çalışmırıq da. Bizdə hər kəs urallı və başqırddır. Ancaq Xabirova qarşı münasibət birmənalı deyil. Görünür, erməni diasporası zarafat edib, ancaq, unutmayaq ki, hər zarafatda da bir həqiqət var. Hələ bilmirik ki, onun namizədliyi necə keçəcək, ümumiyyətlə keçəcəkmi? Onu da bilmirik. Seçkiqabağı kampaniya artıq ədalətini itirib. Çünki Ayrat Dilməhəmmədov haqsız yerə həbs olunub. Ancaq fakt odur ki, hər kəs ona səs verəcək. Lakin onun seçkiyə buraxılmayacağı dəqiqdi. Biz sanki bir sirk izləyirik.

Radi Xabirov vəftiz edildi. Həyat yoldaşının dinini qəbul etdi

Biz Xabirovu da, Karinanı da qəbul edərdik. Amma onlar əvvəldən yalan danışdılar. Biz 100 ildir ki depressiv və kasıb vəziyyətdə yaşayırıq. Bütün ruhumuzla aldadıldığımızı hiss edirik. Başqırdıstanın yubileyində Radi Xabirov xalqı heç başqırd dilində təbrik etmədi. Lakin biz Tatarıstanın rəhbərindən “öz ana dilinizi öyrənin” çağırışını eşidə bildik. Bunu iki cür yozmaq olar: Həm əhsən, həm də bunu niyə məhz başqırd səhnəsindən deyəsən ki? Biz başqırdlara görə, kişilər mətbəxdə ancaq yemək yeyə bilərlər. Ən yaxşı halda isə əti kəsməyə kömək edə bilərlər, başqa heç nə. Ancaq Xabirov bütün Başqırdıstanın qarşısında önlük geyinərək öz kulinar məharətlərini sərgiləyir. Arvadı Karina Avetisyan isə onun şəkillərini paylaşaraq əriylə qürur duyur. Bu, biz türklər üçün – TƏHQİRDİR!

– Bir az da korrupsiya haqqında. Hamımız bilirik ki, postsovet ölkələrinin ən böyük problemi korrupsiyadır. Problem həm dövlətin idarəetmə sistemində, həm də elitadadır. Onlar heç cür sərvətləri və hakimiyyəti bölüşdürə bilmir. Zəngin regionda yaşayırıq, oğurlamağa da, satmağa da çox şey var. Başqırdıstanı Rusiyanın başqa bölgələri ilə müqayisə etsək, sizcə, o hansı yeri tutur?

– Regionun ƏN ZƏNGİN yerində biz yaşayırıq, amma təsəvvür edin ki, hamımız kasıb vəziyyətdəyik. Heç bir korrupsiyadan söhbət getmir. Bu, 2000-ci ildən davam edən kriminogen durumun təzahürüdür. Hakimiyyət bir növ nəsildən-nəsilə ötürülür. Bu mənim yerlimdirsə, demək, hakimiyyətə o gələcək. Bu isə o deməkdir ki, bölgəni korrupsiya piramidası idarə edəcək. Sistem eyni şəkildə davam edir. Məsələn, Rusiyanın vəkillər assosiasiyası ayrıca bir qurumdur ki, ədalətin təcəssümünə xidmət edir. Yeri gəlmişkən, assosiasiyanın sədri Kraşeninnikov Orenburq vilayətindəndir. Andrey Nazarov tərəfindən təcavüzə məruz qalmış qadın (1986) bu barədə illər sonra açıqlama verdi. Lakin bundan sonra onun azyaşlı oğlu İlnur Alibeyov itdi. Sibaydan olan təcavüzçü sədr Nazarov isə sözügedən assosiasiyadandır. Onların hamısı da Xabirovla hərəkət edirlər. Məncə, artıq sözə ehtiyac yoxdur.

Söhbətləşdi: Qafqaz Ömərov

Tərcümə: Firuz Asanov

www.yenicag.az

11314
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM