!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Başsız” milli komanda üçün patron AXTARIŞI: “AFFA-dakılar yerli məşqçilərlə işləməyi...”

!Reklam – Yazi

“AFFA tərəfindən milli komandaya gətirilən mütəxəssislərin heç biri Azərbaycan millisinə fayda verməyib.”

Bu fikirləri futbol üzrə Azərbaycan milli komandasına baş məşqçi təyinatının gecikməsi ilə bağlı danışan Qol.az saytının baş redaktoru Aydın Bağırov deyib.

Onun sözlərinə görə, milli komandaya baş məşqçi seçiminin yubanması AFFA-da keçiriləcək prezident seçkisi ilə əlaqədardır:

“Fikrimcə, milli komandaya baş məşqçi təyinatının uzanması AFFA-da gözlənilən prezident seçkisi ilə əlaqədardır. Bu məsələ ilə məşğul olan işçi qrupu yaradılıb. Məndə olan məlumata əsasən, baş məşqçi axtarışı hələ davam edir və əsasən, əcnəbi mütəxəssislər nəzərdən keçirilir”.

Həmsöhbətimiz milli komandaya xarici, yoxsa yerli mütəxəssis gətirilməsinin faydalı ola biləcəyinə də toxunub:

“Bəzən deyirik ki, milli komandaya əcnəbi məşqçi lazım deyil. Əgər xarici mütəxəssis gəlib Azərbaycan futboluna fayda verəcəksə, niyə də olmasın? İndiyə qədər AFFA tərəfindən milli komandaya gətirilən mütəxəssislərin heç biri Azərbaycan millisinə fayda verə bilməyib.

Digər tərəfdən, əgər milyonlar xərcləyərək xaricdən gətirdiyimiz məşqçilərdən fayda görmürüksə, o zaman elə bizim öz məşçilərimiz çalışsınlar. Xarici məşqçiyə xərclənən pullarla isə regionlarda uşaq futbol akademiyaları tikək, yaxud da futbolla bağlı olan digər problemləri həll edək.

Bizim kifayət qədər öz üzərində çalışan, bilikli məşqçilərimiz var və o mütəxəssislərlə də uğur qazanmaq mümkündür. Azərbaycalı məşqçilər pul məsələsini qabartmırlar, hətta simvolik məbləğə də razı olurlar. Milli komandanın başında olmaq yerli mütəxəssis üçün fəxrdir. Ancaq AFFA-da bu işlə məşğul olanlar milliyə yerli məşqçinin gətirilməsini istəmirlər. Düşünürəm ki, buna qərar verənlər futbol cameəsinin fikirlərinə hörmətlə yanaşmalıdırlar”.

İsmayıl Bakuvi

www.yenicag.az

296
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv