!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Batan pullar, tanınmayan DİPLOMLAR: "Elm və Təhsil Nazirliyi bu məsələdə..." – ŞƏRH

!Reklam – Yazi

“Diplomların tanınmamasında məsuliyyət birbaşa olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin üzərinə düşür”.

Bu sözləri xaricdə təhsil alıb gələn, lakin diplomları tanınmadığı üçün iş tapmaqda çətinlik çəkən məzunların qarşılaşdıqları problemi şərh edərkən təhsil eksperti Şahlar Əsgərov Yenicag.az-a açıqlamasında deyib.

Problemin kökündə məmur özbaşınalığının dayandığını deyən ekspert sonda bu problemin millətə zərbə vurduğunu bildirib:

“Elə diplomlar var tanınmalı, eləsi də var ki, tanınmamalıdır. Bu məsələdə məsuliyyət birbaşa olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin üzərinə düşür. Nazirlik tələbələrin işinə bir əncam çəkməlidir ki, onlar get-gələ salınmasın, diplomları tanınsın və müvafiq işlə təmin olunsunlar. Ümumiyyətlə, tələbələri düzgün istiqamətləndirmək təhsil sahəsində çalışan mütəxəssislərin işidir. Təəssüflər olsun ki, bəzi məmurların vəzifələrindən sui-istifadə etməsi halları ilə tez-tez rastlaşırıq. Xaricdə təhsil alıb gələn əksər tələbələrin diplomlarının tanınmamasında bu məmurların rolu böyükdür. Hansı ki, onların öz yaxınları bu problemlə üzləşsə, məsələ dərhal həllini tapar. Məmurlar gərək işlərinə vicdanla yanaşsınlar. Çünki sonunda bunun ziyanı millətə dəyir”.

Sadiq Cavadov

www.yenicag.az

708
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv