!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bataqlıqda çabalayan MİLLİ KİNO: “Məişət mövzusu ilə uzağa getmək olmaz” – Tanınmış yazıçı

!Reklam – Yazi

“Təəssüf ki, Azərbaycanda mədəniyyət sahəsinə, kino industriyasına diqqət yüksək səviyyədə deyil. Mən heç bilmirəm, kinostudiyada hansı filmlər istehsaldadır. Çünki ortada əsər yoxdur”.

Bunu tanınmış dramaturq Firuz Mustafa ölkədə çəkilən film və serialların keyfiyyəti ilə bağlı fikirlərini Yenicag.az-la bölüşərkən deyib.Dramaturq Türkiyədə çəkilən tarixi serialları misal çəkərək Azərbaycanda bu cür keyfiyyətli işlərin ərsəyə gətirilməməsinin səbəblərini açıqlayıb:

“Son illər Türkiyədə çəkilən tarixi mövzularda olan serialallar indiyə qədər Avropa və Asiyanın bir sıra ölkələrinin təqdim etdiyi seriallardan fərqli olaraq, bizim seriallar haqqında baxışlarımızı müəyyən qədər dəyişdi. Bilirəm ki, Türkiyədə tarixi mövzuda çəkilən serial və filmlərin tamaşaçısı artıq Türkiyə hüdudlarından kənara çıxıb. Avropada da o filmlərə maraqla baxırlar.

Azərbaycanda çəkilən seriallara gəlincə, ara-sıra müəyyən qədər baxıram. Əlbəttə ki, bütün seriyalara bütövlükdə yox. Rejissor işi qənaətbəxşdir”.

F.Mustafa bu sahədə maliyyənin də böyük rol oynadığını deyib:

“Eşitdiyimə görə, aktyorlar bir çəkiliş günü üçün çox cüzi məbləğdə qonorar alırlar. Bu, digər ölkələrdə aktyor və ssenaristə göstərilən diqqətlə müqayisədə çox cüzidir. Bu mənada, o yaradıcı insanları da qınamıram. Yaxşı serialların meydana gəlməsi üçün həm də yaxşı vəsait tələb olunur. Bəlkə də, ədəbi əsərin meydana gəlməsi üçün böyük büdcəyə ehtiyac yoxdur. Yazıçıdır, roman, ssenari yazır, bu, bilavasitə yazarın şəxsi istedadına bağlı hadisədir. Amma onnu əsərinin film kimi istehsalı üçün, təbii ki, vəsait lazımdır”.

Dramaturq kinostudiyanın da fəaliyyətinin zəif olduğunu bildirib:

“Olmazmı ki, elə kinostudiya serialların çəkilişində iştirak etsin?! Çünki belə filmlərin ərsəyə gəlməsi üçün böyük komanda işi lazımdır. Keyfiyyətli ssenari məsələsi də önəmlidir. Söz yox ki, bu da serialın tam keyfiyyətini təmin etmir. Burada operator işi, aktyor oyunu, texniki vasitələr əsaslı rol oynayır. Son illər yalnız seriallar deyil, elə filmlərin də çəkilişində müəyyən nöqsanlar nəzərə çarpır.

Dünyada mədəniyyətlərarası sərhədlər, demək olar ki, götürülüb. Yaxşı bir əsər varsa, bütün dünya ona müraciət edir. Türk seriallarını buna misal çəkə bilərik. Elə qonşu İranda çəkilən filmlər dünyaya səs salıb. Təcrübələrdən bəhrələnmək lazımdır. Açığını deyim ki, ailə-məişət mövzusu ilə uzağa getmək olmaz. Söz yox ki, burada da hər xalqın spesifik xüsusiyyətləri var. Amma bu xüsusiyyətlərin lentə alınması böyük kino dünyasına addımlamaq imkanı yaratmır. Cəmiyyəti silkələyən hadisələri qələmə almaq və ekranlaşdırmaq lazımdır. Elə özümün də ssenarilərim var. Bu məsələ müzakirə olunmalıdır. Təəssüf ki, Azərbaycanda mədəniyyət sahəsinə, kino industriyasına diqqət yüksək səviyyədə deyil. Mən heç bilmirəm, kinostudiyada hansı filmlər istehsaldadır. Çünki ortada əsər yoxdur”.

Cəvahir

www.yenicag.az

839
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv