!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Batya” ləqəbli narkotacir ələ keçdi - VİDEO

!Reklam – Yazi

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha iki nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Yenicagşaz-a verilən məlumata görə, əməliyyat zamanı əvvəlcə Bakı şəhər sakini Fuad Quliyev tutulub.

Onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi heroin aşkar edilib. Həmin şəxs ifadəsində narkotik vasitəni “Batya” kimi tanıdığı şəxsdən aldığını bildirib. Nərimanov RPİ-nin əməkdaşları tərəfindən əməliyyatın davamı olaraq həyata keçirdikləri tədbir zamanı narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər dəfələrlə məhkum edilmiş Bəxtiyar Orucov da tutularaq istintaqa təqdim edilib.

Onun üzərindən və yaşadığı evdən ümumilikdə 900 qrama yaxın satış üçün hazır şəkildə qablaşdırdığı heroin və elektron tərəzi aşkar edilib. Bəxtiyar Orucov izahatında Nərimanov rayonu ərazisində əsasən gənclər arasında narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırmalara başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

www.yenicag.az

383
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv