Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Baxçalıya bir zərbə də məhkəmədən – Sinan Oğan MHP-də!

mhp-den-ihrac-edilen-isimden-bomba-iddia_x_7636905_221 noyabr seçkilərində ağır məğlubiyyətə uğrayan Milliyyətçi Hərəkat Partiyasının başqanı Dövlət Baxçalıya bir zərbə də məhkəmədən gəlib. Yenicag.az xəbər verir ki, MHP liderinin partiyadan ixrac etdirdiyi sabiq millət vəkili Sinan Oğan məhkəmə qərarı ilə yenidən partiyaya qayıdıb.

Bu gün sosial mediada bunu açıqlayan S.Oğan partiya liderliyi uğrunda mübarizədə var olduğunun da işarətini verib.

Ülkücü gəncliyə səslənən Sinan Oğan “Haqqımda verilən hüquqsuz qərar məhkəmə tərəfindən rədd edilib. Heç kim ümidsizliyə qapılmasın, biz birlikdə bu qara günləri aşacağıq” yazıb.

Xatırladaq ki, əslən İğdırdan olan Sinan Oğan Azərbaycan həqiqətlərinin Türkiyədə yayılmasında müstəsna xidmətləri var.

Yenicag.az

www.yenicag.az

252