!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baxmut döyüşlərində ARTİLLERİYA PARİTETİ: “Düşmən say baxımından üstün olsa da...”

!Reklam – Yazi

““Artilleriya pəhrizi”ndə olduğumuz üçün maksimum dəqiq işləməyə çalışırıq”.

Bu fikirləri Baxmut istiqamətində gedən ağır döyüşlərdə artilleriyanın əhəmiyyətindən danışan Ukrayna ordusunun Şərq qruplaşmasının sözçüsü Sergey Çerovatıy deyib.

Onun sözlərinə görə, Rusiya qüvvələri artilleriya qurğularının sayında öndə olsalar da, Ukrayna hərbbçiləri daha dəqiq işləməyə çalışırlar:

“Baxmut istiqmətində gedən döyüşlərdə artilleriyanın əhəmiyyəti çox böyükdür. Biz artilleriyadan istifadə məsələsində artıq paritetit təmin etmişik. Bu, düşmən hədəflərini dəqiq vurmağımız sayəsində mümkün olub.

Kobud desəm, “artilleriya pəhrizi”ndə olduğumuz üçün maksimum dəqiq işləməyə çalışırıq. Bizim artilleriyaçılar buna öyrəşiblər və düşmən hədəflərini dronların köməyi ilə müəyyənləşdirərək onlara effektli zərbələr endirirlər. Yəni keyfiyyət məsələsi kəmiyyət fərqini artıq hiss etdirmir.

Bütün hallarda, Şərq cəbhəsində artilleriya əsas silahdır və düşmən aviasiyası bizim hava hücumundan müdafiə qüvvələrinin sayıqlığı səbəbindən heç nə edə bilmir”.

www.yenicag.az

264
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv