!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baxmutda son durum - “Suriya” taktikasından istifadə edilir

!Reklam – Yazi

Döyüşlərin getdiyi Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərində son vəziyyət açıqlanıb.

Yenicag.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, Ukranya Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı, general Aleksandr Sirski mövzu ilə bağlı açıqlama verib.

Sirskinin bildirib ki, şəhərdəki vəziyyət çətinliklərə baxmayaraq, idarə olunandır:

“Rusiya hərbi rəhbərliyi Baxmuta xüsusi təyinatlılarını cəlb etməli olacaq. Onların Silahlı Qüvvələri “Suriya” taktikasından istifadə edir. Yəni onlar artilleriya atəşi və hava zərbələri ilə binaları və mövqeləri dağıdırlar”.

Generalın sözlərinə, Baxmutdakı “Vaqner”çilər artıq taqətdən düşüblər.

Qeyd edək ki, altı aydan çoxdur ki, Donetsk vilayətinin Baxmut şəhərində gərgin döyüşlər gedir. Rusiya hərbiçiləri şəhəri mühasirəyə aldıqlarını söyləyiblər. Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə isə Baxmutda vəziyyət Ukrayna qoşunlarının nəzarəti altındadır.

www.yenicag.az

227
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv