!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Baxmutun uzunmüddətli və qanlı müdafiəsi özünü doğrultdu" - MKİ eksperti

!Reklam – Yazi

“Vaqner” qiyamı Baxmutun ilk baxışda avantüraya bənzəyən müdafiəsinin “maya”sını çıxardı”.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirıəri Ukraynanın hərbi planda əhəmiyyəti olmayan Baxmutun müdafiəsinə geniş resurslar cəlb etməsinin effektivliyini dəyərləndirən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq yüksək rütbəli rəsmisi Deniel Hoffman “The Üashington Times” nəşrinə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ukrayna Baxmutun müdafiəsi zamanı Rusiya ordusunun verdiyi ağır itkilər səbəbi ilə prezident Vladimir Putin ilə “Vaqner” muzdluları arasına nifaq salmaq ümidi ilə güclü gediş etdi:

“Baxmutun müdafiəsinə bu qədər resurs sərf etməklə ifadə olunan avantüra ötən ayın sonlarında – “Vaqner” qiyamının başlaması ilə özünü doğrultdu. “Vaqner”in rəhbəri Yevgeni Priqojin qısamüddətli qiyam qaldırmaqla, Kremlin əsaslarını sarsıtdı.

Bu qiyam həm də Putinin üçüncü onillikdir davam edən şəriksiz hakimiyyətinə yönəlik nadir publik çağırış oldu”

www.yenicag.az

289
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv