!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Qarabag

Bayağı müğənnilər, bəsit mahnılar: “Onlar səhnəyə buraxılmamalıdır!” - Bəstəkardan SƏRT TƏPKİ

!Reklam – Yazi

“Mənşəyi bilinməyən adamları efirə çağırıb məşhur müğənni kimi təqdim edirlər. Nəticədə də bayağı mahnılar efirlərə, sosial şəbəkələrə ayaq açır…”

Bunu bu gün efirlərdə səsləndirilən bayağı mahnılarla bağlı fikirlərini bölüşərkən tanınmış bəstəkar İmruzə Hüseynova Yenicag.az-a açıqlamasında deyib.

Bəstəkar belə mahnıların gənc nəslin zövqünün formalaşmasına mənfi təsir etdiyini bildirib:

“20 il əvvəl də belə mahnılar çox yayılırdı və onlara vağzal mahnıları deyilirdi. Həmin mahnılar dayanacaqlarda, avtobuslarda yüksək səslə təqdim olunurdu. İndi də belə mahnılar efirlərə ayaq açıb. Həmin mahnıları reytinq xatirinə efirlərdə səsləndirirlər. O müğənniləri efirlərə dəvət edib oxudurlar. Bir mahnı dəfələrlə səslənirsə, sosial şəbəkələrdə təbliğat olunursa, istər-istəməz insanların beyninə yeriyir. Adam özü də bəzən o mahnını zümzümə etməli olur. Və zümzümə etdikcə də adam özünə nifrət edir. O bayağı mahnıları təbliğ etməkdənsə, peşəkar bəstəkarların mahnıları efirə verilsin ki, gənc nəslin zövqü, musiqi duyumu o mahnılarla formalaşsın”.

Bəstəkar son vaxtlar məşhur bəstəkarların mahnılarının qeyri-peşəkar tərzdə təqdimatından da narahatlığını ifadə edib:

“Gənc, hətta tanınmış müğənnilər belə vaxtilə hitə çevrilən məşhur mahnıları bərbad vəziyyətə salıb oxuyurlar. Baxırsan ki, mahnının əslindən əsər-əlamət yoxdur. Misal da çəkəcəm. Bir dəfə Heydər Əliyev Sarayında məşhur bəstəkarın yaradıcılığına həsr olunmuş gecə keçirilirdi. Gənc musiqiçilər çıxıb o bəstəkarın mahnılarını oxudular. Mahnıları tanınmaz halda təqdim etdilər. Adam eşidəndə utanırdı. Hətta tanınmış müğənnilər belə hazırlıqsız idilər, məşq etmədikləri üçün mahnıları qeyri-peşəkar tərzdə ifa etdilər. Bu, həmin bəstəkarın ruhuna hörmətsizlikdir axı. Elə müğənniləri səhnəyə buraxmamalıdırlar”.

Cəvahir

www.yenicag.az

533
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv