!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bayden Konqresdən 40 milyard istədi

!Reklam – Yazi

ABŞ Prezidenti Cozef Bayden Konqresdən Kiyevə 13 milyard dollar hərbi yardım, həmçinin Ukrayna və digər ölkələrə əlavə iqtisadi və təhlükəsizlik yardımı üçün 8,5 milyard dollar ayırmağı xahiş edib.

Yenicag.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

Ümumilikdə Bayden Konqresdən 40 milyard dollar məbləğində əlavə maliyyə istəyib.

Bu məbləğə ABŞ-də təbii fəlakətlərin aradan qaldırılması üçün 12 milyard dollar, sərhədlərin mühafizəsi üçün isə 4 milyard dollar daxildir.

Öz növbəsində, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib ki, Bayden administrasiyası ABŞ-də ictimai rəydən asılı olmayaraq, Konqresdən Ukraynaya hərbi yardımın davam etdirilməsini istəyəcək./Report/

www.yenicag.az

546
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv