!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bayden “Qurtuluş Ordusu”nu ABŞ Gizli Xidməti ilə səhv saldı

!Reklam – Yazi

ABŞ Prezidenti Co Bayden Texasa səfəri zamanı “Salvation Army” (“Qurtuluş Ordusu”) xeyriyyə təşkilatını ABŞ Gizli Xidməti ilə səhv salıb.

Yenicag.az xəbər verir ki, Amerika liderinin Meksika ilə sərhəddə yerləşən El Paso şəhərinə səfəri zamanı “Qurtuluş Ordusu”nun nümayəndəsi ilə danışdığını əks etdirən video yayılıb. Videoda Baydenin sözlərindən aydın olur ki, o, həmin qurumu bir digəri ilə qarışdırıb.

“Mən Gizli Xidmətlə birlikdə Polşa və Ukraynada müəyyən zaman keçirdim”, – deyə o bildirib. Sonra “Gizli Xidmət” ifadəsini təkrarlayıb.

“Burada isə bizim “Qurtuluş Ordusu”ndan olan uşaqlar var”, – deyə ABŞ administrasiyasının rəhbərinə həmsöhbətinin kim olduğu xatırladılıb.

“Qurtuluş Ordusu” xristian xeyriyyə təşkilatıdır./Oxu.az/

www.yenicag.az

251
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv