!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bayden və Tramp prezident seçkilərində iştirak etməyə bilərlər

!Reklam – Yazi

ABŞ-ın hazırkı prezidenti Co Bayden və Ağ Evin keçmiş rəhbəri Donald Tramp 2024-cü ildə keçiriləcək seçkilərə qədər prezidentlik yarışından imtina edə bilərlər.

Yenicag.az xəbər verir ki, bu proqnozu amerikalı senator Aleksey Puşkov Teleqram kanalında verib.

Siyasətçi qeyd edib ki, Bayden oğlu Hunterlə birlikdə getdikcə daha çox qalmaqallara, o cümlədən korrupsiya ilə bağlı qalmaqallara qarışır.

“Bu halda, həm Tramp ittihamlarla mübarizə apara bilməsə, həm də Bayden korrupsiya iddialarına və yaxud səhhətinə görə yarışdan kənarlaşdırıla bilər”, – senator yazıb.

O, hadisələrin bu cür inkişafı ilə hər iki partiyanın seçkilərə yeni namizədlər irəli sürəcəyini vurğulayıb.

www.yenicag.az

159
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv