!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Baydenin Rusiyanın Ukraynaya hücum edəcəyi tarixi dəqiq göstərməsi ondan xəbər verir ki..." - ŞƏRH

!Reklam – Yazi

“Vaşinqton Moskvanın ritorikanı sərtləşdirməsi, Qara dənizə Rusiya gəmilərinin daxil olması, eyni zamanda Ukrayna sərhədində hərbi texnika və canlı qüvvənin sayını artırmasından ciddi narahatdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ABŞ Prezidenti Co Baydenin Rusiyanın Ukraynaya hücum edəcəyi tarixlə bağlı səsləndiridiyi fikirləri dəyərləşndirən siyasi şərhçi Turan Rzayev Yenicag.az-a açıqlamasında deyib.

Turan Rzayev bildirib ki, Rusiyanın birbaşa Ukraynaya müdaxiləsi versiyası olduqca zəifdir:

“Birincisi, belə irimiqyaslı müharibə Kremlin sonu ola bilər. Başda Britaniya, ABŞ və Kanada olmaqla Qərbin Ukraynaya göndərdiyi silah və iqtisadi yardımları da nəzərə alsaq, hazırda Kremlin qarşısında güclü bir Ukrayna var. Digər tərəfdən, Rusiyanın Ukraynaya birbaşa müdaxiləsi heç də gözlənilməz, ya da ildırımsurətli bir müharibə olmayacaq. Belə bir müdaxilə Ukrayna ordusunun müqaviməti və Qərbin Ukraynaya iqtisadi silah-sursat yardımı ilə həftələrlə, aylarla uzana, hətta qarşısını ala bilər.

İkincisi, Rusiya Ukraynaya birbaşa müdaxilədənsə, hibrid müharibə apara bilər. Belarus Rusiya hərbi təlimini Gerasimovun da izləməsi bundan xəbər verir. Yəni Kreml Ukraynada ən yaxşı halda Donbas, Luqansk kimi yeni separatcı dövlətlər yaradıb bunlar üzərindən hibrid müharibə apara bilər.

Üçüncüsü, Rusiya bilir ki, hazırda Qərbdə heç də hər kəs Kremllə müharibə etmək istəmir. Ukrayna və Rusiya münaqişəsində Almaniyanın tutduğu mövqe buna misal ola bilər. Hər zaman münaqişə və gərginliyin olduğu ölkələrə silah yardım edən rəsmi Berlin Ukraynaya qarşı neytraldır. Aydın məsələdir ki, Almaniyanın təbii qaz ehtiyaclarının böyük hissəsini Rusiyadan almasına baxmayaraq, həm də Rusiyanın Avropadakı enerji siyasətində tərəfdaşdır. Avropanın bir çox ölkələri Fransa, Polşa, Çexiya, Bolqarıstan və s. kimi ölkələr sadəcə Rusiya qazının istifadəçi rolundadırsa, Almaniya ilə vəziyyət bir az fərqlidir. Çünki onlar həm də bu sahədə əməkdaşdırlar. Nəticə etibarilə, Kreml Ukraynaya birbaşa hərbi müdaxilə edib başda Almaniya olmaqla bütün ölkələri qarşısına almaq istəmir”.

Siyasi şərhçi Baydenin “Rusiya Ukraynaya fevralın 16-da hücum edə bilər” iddiasının pərdəarxası məqamları haqqında isə bunları söyləyib:

“Baydenin Rusiyanın Ukraynaya hücum edəcəyi tarixi dəqiq göstərməsi ondan xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin və ya Böyük Britaniyanın Rusiyanın dövlət strukturlarında çalışan xəfiyyələri Kremlin planları barədə əldə etdikləri məlumatları Vaşinqton və Londona ötürüblər. Rusiya Belarusla birlikdə 10 gün davam edəcək hərbi təlimlərə start verərək də bu məlumatların doğruluq payını artırır. Ancaq bir nüansı da nəzərə almaq lazımdır ki, Rusiya Prezidenti Vladimir Putin də keçmiş kəşfiyyatçıdır və bunu anlamamış olmaz.

Hesab edirəm, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin və ya Böyük Britaniyanın Rusiyanın dövlət strukturlarında çalışan xəfiyyələri Kremlin planları barədə əldə etdikləri məlumatları Vaşinqton və Londona ötürüblər, lakin bu məlumatların nə qədər doğru olması bəlli deyil. Özü də keçmiş kəşfiyyatçı olan Putin bu məlumatın məqsədyönlü surətdə London və Vaşinqtona sızmasına izin vermiş ola bilər. Bu yolla Kreml həm Qərbin necə hərəkət edəcəyini, həm də daxildəki Qərb kəşfiyyatçılarının kimlər olduğunu aşkarlaya bilər. Sızan məlumatların həqiqət payını artırmaq üçün isə 10 günlük Belarus Rusiya hərbi təliminə start verib”.

Gülşən Şərif

www.yenicag.az

833
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv