!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baydenin Ukrayna səfəri nüvə müharibəsinin anonsudur?: "Putinin çıxışında maraq çəkən məqamlardan biri..."

!Reklam – Yazi

“Qərbin Ukraynaya yardımlarının davam etməsi fonunda Rusiya aqressiv siyasət həyata keçirir. 2023-cü ildə müharibənin daha da şiddətli fazaya qədəm qoyacağı görünür”.

Bunu ABŞ Prezidenti Co Baydenin Ukraynaya səfərinin yaxın perspektivdə hansı dəyişikliklərə səbəb olacağı haqda fikirlərini bölüşən politoloq İlyas Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, Baydenin Ukraynaya səfəri gözlənilməz oldu:

“Bayden Ukraynadan sonra Polşaya da səfər edib. Eyni zamanda, ABŞ dövlət katibi Entoni Blinken də bir çox ölkəyə səfər edib. Türkiyə və Yunanıstan səfərləri xüsusilə diqqət çəkir. Səfərlər olan bir zamanda Rusiya Prezidenti Vladimir Putinin Federal Məclisə müraciətini diqqətlə izlədik.

Proseslərin gedişatından müharibənin tezliklə bitməyəcəyi başa düşülür. Rusiya öz maraqlarından geri çəkilməyəcək. Hətta nüvə təhdidinin münaqişənin üzərinə əlavə olunması müharibəni artıq kuliminasiya nöqtəsinə daşıyır.

Qərbin Ukraynaya yardımlarının davam etməsi fonunda Rusiya aqressiv siyasət həyata keçirir. 2023-cü ildə müharibənin daha da şiddətli fazaya qədəm qoyacağı görünür. Putinin çıxışında maraq çəkən məqamlardan biri: “Ukraynaya nə qədər güclü silahlar və uzaqmənzilli raketlər veriləcəksə, biz o qədər də Ukraynanın təhdidlərini neytrallaşdıraraq sərhədlərimizdən kənara çəkəcəyik”, – deməsidir. Bu, Putinin dilindən beynəlxalq auditoriyaya səslənişdir.

Ukrayna ərazi bütövlüyünü təmin etmək üçün fəaliyyət göstərir. Baydenlə birgə keçirilən mətbuat konfransında Zelenskinin məyus olduğunu, sanki istədiyini ala bilmədiyini müşahidə etdim.

İstənilən halda, Qərb koalisiyası Rusiyaya qarşı birləşərək Ukraynada müharibə aparır. Bu, birmənalı surətdə Rusiya-Ukrayna müharibəsi yox, Rusiya-Qərb müharibəsidir. Bu gün bütün resurslar bu müharibəyə ayrılır. Bununla da dünya iqtisadiyyatı böyük çətinliklərlə üzləşir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

384
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv