!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Qarabağ" səfərdə "Bayer-04"ə böyük hesabla uduzdu - YENİLƏNDİ

!Reklam – Yazi

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Yenicag.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv III turda Almaniyada “Bayer 04” klubunun qonağı olub.

“Bay Arena”dakı qarşılaşma Leverkuzen təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin qollarını 5-ci dəqiqədə Florian Virts, 29 və 54-cü dəqiqələrdə Alexandro Qrimaldo, 35-ci dəqiqədə Viktor Bonifeys, 57-ci dəqiqədə Edmond Tapsoba vurub. 16-cı dəqiqədə Azərbaycan çempionunun heyətində Toral Bayramov penaltidən fərqlənib.

Qrupun digər görüşündə “Molde” İsveçin “Hakken” kollektivini eyni hesabla üstələyib.

Beləliklə, “Bayer 04” xallarının sayını 9-a çatdırmaqla H qrupunda vahid lider olub. “Qarabağ” 6 xalla ikinci, “Molde” 3 xalla üçüncü sıradadır. Sonuncu yerdəki “Hakken”in isə xalı yoxdur. Azərbaycan təmsilçisi noyabrın 9-da IV turda Bakıda “Bayer 04″ü qəbul edəcək./Report/

***

Meydan sahibləri beşinci dəfə Azərbaycan təmsilçisinin qapısına yol tapıblar.

57-ci dəqiqədə Edmond Tapsoba hesabı 5:1 edib.

***

Meydan sahibləri fərqi daha da artırıblar – 4:1.

54-cü dəqiqədə Alexandro Qrimaldo dubla imza atıb.

***

Meydan sahibləri fərqi artırıblar – 3:1.

35-ci dəqiqədə Viktor Bonifeys fərqlənib.

***

Meydan sahibləri növbəti dəfə hesabda önə keçiblər – 2:1.

***

16-cı dəqiqədə “Qarabağ” penaltidən hesabı bərabərləşdirir – 1:1. Toral Bayramov onbirmetrlik cərimə zərbəsini dəqiq yerinə yetirir.

***

5-ci dəqiqədə meydan sahibləri fərqləniblər.

Leverkuzen təmsilçisində Florian Virts adını tabloya yazdırıb.

***

Almaniyada yerli “Bayer 04” və “Qarabağ” komandaları arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunu start götürüb.

www.yenicag.az

573
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv