!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Bayer”in futbolçusu: “Qarabağ”a qarşı oyunumdan narazı qaldım”

!Reklam – Yazi

“Qarabağ”a qarşı oyunumdan narazı qaldım. Bacarığımı nümayiş etdirə bilmədiyimi düşünürəm”.

Yenicag.az xəbər verir ki, bunu Almaniyanın “Bayer 04” klubunun futbolçusu Natan Telya yerli mətbuata açıqlamasında deyib.

24 yaşlı hücumçu UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la Bakıda keçirilən oyundan sonra Nigeriya yığmasına çağırılmasını dəyərləndirib:
“Qarabağ”la görüşdən sonra insanların məni tənqid edəcəklərini düşünürdüm. Çünki pis oynamışdım. Ancaq baxdım ki, ailəm və yaxınlarım milliyə çağırıldığım üçün mənə təbrik mesajları yazıblar. Adımı yığmanın siyahısında görəndə isə şoka düşdüm. Bu mənə özünəinam verdi”.

Qeyd edək ki, “Qarabağ” – “Bayer 04” görüşü qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Leverkuzen təmsilçisi 4 oyundan sonra 12 xalla H qrupunda liderdir. İkinci pillədə qərarlaşan Ağdam klubunun hesabında 6 xal var./report

www.yenicag.az

135
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv