Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bayrağımız “Euronews”da – Video

18695Ötən gün Azərbaycanda qeyd edilən bayraq günü “Euronews”da. Bayraq günü ilə bağlı flaşmob aksiyası Heydər Əliyev Mərkəzinin qarşısında baş tutub. Aksiyadan görüntülər kanalın “No Comment” (Şərhsiz) rubrikasında yayımlanıb.

Aksiyada yüzlərlə gənc iştirak edib. Onlar əllərində Azərbaycan bayraqları ilə şəhərin mütəlif jissələrindən keçərək Heydər Əliyev Mərkəzinin qarşısına toplaşıblar.

Çiyinlərində bayrağın rənglərini əks etdirən parçalar olan gənclərin əllərində rəngli iri hissələr olub. Onlar bu hissələrlə əvvəlcə bayrağı canlandırıblar. Sonra isə “Bakı 2015” yazılan plakat yaradıblar.

Xatırladaq ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 24-də verilib. Həmin qərarda Azərbaycan bayrağını qırmızı materialdan, üstündə ağ, aypara və qırmızı fonda ağ səkkiz guşəli ulduzun təsviri verilmiş bayraq kimi qəbul edilib. Azərbaycan Xalq Cümhuriyyətinin Bakıda fəaliyyətə başlamasından az sonra, bayraq haqqında ikinci qərar qəbul edildi.

Milli bayraq haqqında Azərbaycan hökuməti qərarları dəftərindən 9 noyabr 1918-ci il tarixli çıxarış: “Eşidildi – Nazirlər Şurası sədrinin milli bayraq haqqında məruzəsi.
Qərara alındı – Mavi, qırmızı və yaşıl rənglərdən, mərkəzdə ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq milli bayraq hesab edilsin”.

Loading...

www.yenicag.az

398