!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bayrağımız Zəngəzurda, Göyçədə dalğalanan zaman anlayacaqlar ki...” - ŞƏRH

!Reklam – Yazi

“Qarabağın Azərbaycan ərazisi olduğunu tanımayanlar unutmasınlar ki, bunun bədəli çox pis olacaq”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanla danışıqlarda müsbət addımlar atmasına qarşı çıxan ermənilərin gələcək taleyindən danışan politoloq Zaur Məmmədov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Ermənistandakı siyasi partiyaların Nikol Paşinyanın verəcəyi qərarı tanımaması onların gələcəyi üçün mənfi ssenaridən başqa bir şey deyil:

“İstəyirlər heç Qarabağın Azərbaycan ərazisi olduğunu tanımasınlar. Ancaq bunun çox pis bədəlinin də olacağını unutmasınlar. Azərbaycana qarşı təxribatçı addım atan ermənilər misliylə qarşılığını alacaqlar. Uca Azərbaycan bayrağı Göyçədə, Qərbi Zəngəzur torpaqlarında dalğalanan zaman məsələnin aqibətinin nədən ibarət olduğunu çox yaxşı biləcəklər.

20 il öncə Azərbaycan Ermənistana, Qarabağda yaşayan ermənilərə şans verdi. Məsələnin sülh yolu ilə həllini istədi. Lakin ermənilər Azərbaycanın bu istəyinə maksimalist yanaşaraq sülhə razı olmadılar. İndi də Ermənistanda fəaliyyət göstərən müxalif partiyalar və Qarabağdakı separatçılar proseslərə maksimalist yanaşır. Sonda isə bu hərəkətləri ilə heçnə əldə etməyəcəklərinin şahidi olacaqlar.

Azərbaycan Qərbi Zəngəzur və Göyçə ərazilərinin gələcəyini müəyyən edib. Buyursun, erməni xalqı öz qərarını versin. Həmin qərardan asılı olmayaraq, Azərbaycan əvvəl-axır öz hədəflərinə çatacaq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

278
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv