Məsələ ilə bağlı aparılan araşdırmalar nəticəsində Dövlət Bayrağı Meydanındakı bayrağın yararsız hala düşməsi məlumatlarının doğru olmadığı bəlli olub.
Əməkdaşlarımız hadisə yerinə dərhal göndərilib və aydınlaşdırılıb ki, bayraq əslində cırılmayıb. Külək sürətinin aşağı olduğu hava şəraitində Dövlət Bayraq Meydanında dalğanan Bayrağın orta hissəsindən burulması halları müşahidə edilir. Bu zaman xüsusilə uzaq məsafələrdən Bayrağın yararsız vəziyyətə düşməsi təsəvvürü yaransa da, külək sürətinin bir qədər artması və Bayrağın dalğalanmağa başlaması ilə qısa müddət ərzində sözügedən buruqlar açılır.
Daha da əhəmiyyətlisi, bayraq 24 saat xüsusi şəkildə mühafizə olunur, bu da onun vəziyyətinin tamamilə qorunmasını təmin edir.
Beləliklə, yayılan iddiaların həqiqəti əks etdirmədiyi müəyyən edilib. Bayrağımızın daimi və xüsusi diqqətlə qorunması təmin olunur.
www.yenicag.az