!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bayram günləri paytaxtda avtomobil dayanacaqları pulsuzdur? - AÇIQLAMA

!Reklam – Yazi

Artıq yanvarın 1-i, 2024-cü ildəyik. Hər kəs Yeni il bayramını qeyd edir. 

Bayramla bağlı olaraq ölkədə yanvar ayının 7-nə kimi tətildir.

İstirahət və tətil günlərində rahatlığını düşünən hər kəs şəhərə şəxsi avtomobili ilə çıxır. Sürücüləri isə bir məsələ düşündürür, bayram günlərində avtomobil dayanacaqları pulsuz olacaqmı?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, bayram günlərində də parklama pulludur:

“Yalnız bazar günləri, eləcə də saat 22:00-dan saat 7:00-dək parklama pulsuzdur”.

www.yenicag.az

192
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv