!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bayram günlərində Bakıdan rayonlara nə qədər sərnişin daşındı? - AÇIQLAMA

!Reklam – Yazi

Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar bayram günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 7-12 noyabr tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumatda bildirilir ki, şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişindaşımaların fasiləsiz və qrafiklərə uyğun həyata keçirliməsinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən nəzarət olunub.

Ümumilikdə bayram günlərində 1 615 reys həyata keçirilib, 46 min 759 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.
Qeyd edilən tarixlərdə xətlərə 70-dən çox əlavə avtobus buraxılıb.

Marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunub. Biletlər avtovağzalın əvvəlcədən və gündəlik satış kassalarından, eləcə də https://biletim.az/ portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. Bakıdan bölgələrə və əks-istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb.

www.yenicag.az

131
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv