!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bayram günlərində gözlənilən hava şəraiti AÇIQLANDI

!Reklam – Yazi

Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, dekabrın 31-də Bakıda və Abşeron yarımadasında havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi üstünlük təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında yanvarın 1-də gecə və səhər arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturu gecə 5-9, gündüz 11-16 dərəcə isti olacaq.

Qarabağ və Şərqi Zəngəzurda 31 dekabrda havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə, bəzi yerlərdə 16 dərəcə isti olacaq.

Balakən-Şəki bölgəsində dekabrın 31-də havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Mülayim qərb küləyi gündüz arabir 15-18 m/s. olacaq. Havanın temperaturu gecə 0-5, gündüz 11-16 isti olacaq. Dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacaq.
Lənkəran-Astara bölgəsində dekabrın 31-də havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu 3-8, gündüz 11-16 dərəcə isti olacaq. Dağlarda gecə 0-3, gündüz 6-11 dərəcə isti olacaq.

Mərkəzi Aran bölgəsində 31 dekabrda havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 13-18 dərəcə isti olacaq.

Qazax-Gəncə bölgəsində 31 dekabrda havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Mülayim qərb küləyi gündüz arabir 15-18 m/s olacaq. Havanın temperaturu gecə 1-6 dərəcə isti, gündüz 10-15 dərəcə isti olacaq.

Naxçıvan Muxtar Respublikasında 31 dekabrda havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Zəif qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti olacaq.

www.yenicag.az

118
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv