!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bayram günlərində ictimai nəqliyyat pulsuz ola bilər? - Ekspert ŞƏRHİ

!Reklam – Yazi

“Yeni il bayramına görə deyil, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ictimai nəqliyyatdan istifadə pulsuz olsa, cəmiyyətimizə daha xoş olar”.

Bunu Türkiyədə bayram günü nəqliyyatın pulsuz olması və bunun Azərbaycanda da tətbiqinin mümkünlüyünü şərh edən nəqliyyat eksperti Fərhad Eyyub Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, ictimai nəqliyyatdan istifadə Azərbaycanda da bir sıra hallarda pulsuz olub:

“İnsanlara ictimai nəqliyyat sahəsində xidmət göstərən şirkətlər bayram günü istifadəni lazım gəlsə, pulsuz edə bilər. Bu həmin şirkətin maddi vəziyyətindən və istəyindən asılıdır. Yeni il bayramına görə deyil, Dünya7 Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ictimai nəqliyyatdan istifadə pulsuz olsa, cəmiyyətimizə daha xoş olar.

İctimai nəqliyyatın pulsuz olması böyük əhəmiyyət kəsb edən hadisə deyil. İnsanlar avtobus və metrodan gündə maksimum iki dəfə istifadə edir. Belə olan halda ictimai nəqliyyatdan pulsuz istifadə insanlara maddi cəhətdən böyük məbləğ qazandırmayacaq. Vətəndaşlarımızın bir çoxunun şəxsi avtomobili var. Digər çoxluq isə taksidən istifadə edir. Vacib məsələ ictimai nəqliyyatın pulsuz olması yox, xidmətin keyfiyyətli olmasıdır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

546
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv