!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bayram günlərində işləyənlər üçün ƏLAVƏ ÖDƏNİŞ: “Ölkədə qeyri-formal əmək bazarının “dayanıqlılığı...”

!Reklam – Yazi

“Qeyri-formal əmək sektorunda işçilərin əmək müqaviləsi olmadığına görə onlar istirahət günlərində heç bir əlavə məvacib almadan işləyirlər”.

Bu fikirləri bayram və istirahət günlərində əməyə görə verilməsi zəruri olan əlavə ödənişlər haqda danışan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının (VƏHML) sədri Sahib Məmmədov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bayram və istirahət günlərində işçilərə ikiqat ödəniş olunmalıdır:

“Əhalinin ərzaq təminatı, istilik, yanacaq, su təchizatı, ictimai nəqliyyat, hüquq-mühafizə orqanlarında gücləndirilmiş iş rejimi olduğu üçün onların fəaliyyəti demək olar, heç vaxt dayanmır. Bu sahələrdə çalışanlar bayram və istirahət günlərindən asılı olmayaraq, işə cəlb edilirlər.

İstirahət və bayram günlərində işə çıxma zərurəti yarandığı halda çalışanların əməyə cəlb olunmaları onlarla razılaşdırılır və işəgötürənin əmri ilə həyata keçirilir. Həmin gün üçün vaxtamuzd, yaxud işəmuzd sistemlə işləməsindən asılı olaraq, çalışanlara ikiqat ödəniş edilməlidir.

Qeyri-formal əmək kollektivlərində təmir-tikinti işləri ilə məşğul olanlar, özünəməşğul insanlar fiziki şəxs kimi vergi uçotuna durmadığına və əmək müqaviləsi olmadığına, ödənişləri “cibdən-cibə”prinsipi ilə aldığına görə əlbəttə, hər hansı əlavə ödənişlər olmur. Qalan hallarda isə müvafiq ödəniş olunmaqla, çalışanlar işə cəlb edilir. Lakin bəzən formal əmək sektorunda da bu qaydalara tam əməl edilmir”.

İsmayıl Bakuvi

www.yenicag.az

352
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv