!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bayram günlərində OTEL QİYMƏTLƏRİ: Daha çox hansı bölgələrə üz tutulacaq? - SİYAHI

!Reklam – Yazi
“Əhalinin bölgələrə üz tutması otellərin qiymətlərinə təsir edəcək”.
Bunu bayram günlərində bölgələrdə qiymətlərin durumunu şərh edərkən turizm üzrə ekspert Rəhman Quliyev Yenicag.az-a açıqlamasında deyib.
O, otellərdə qiymətlərin hansı aralıqda olacağına aydınlıq gətirib:
“Şimal bölgələrimiz, xüsusən də Quba, Qusar, eyni zamanda Şəki, Qax, Zaqatala, Balakən turizm üçün trend yerlərdir. Onu da qeyd edim ki, Qurban bayramı və Silahlı Qüvvələr Günü ilə bağlı bir həftəlik tətil elan edildiyinə görə, paytaxtdan regionlara kütləvi axın olacaq.
Əhalinin bölgələrə üz tutması otellərin qiymətlərinə təsir edəcək. Məsələn, Qurban bayramı günlərində tələb təklifi üstələdiyi üçün şimal bölgələrində 5 ulduzlu otellər 250-350, 4 ulduzlular isə 150-200 manat arasında dəyişir. İsmayıllı və Şamaxıda 5 ulduzlu otellər 200-250, 4 ulduzlular 100-150 manat, Şəki, Qax, Zaqatala, Balakən rayonlarına məsafə uzaq olduğu üçün 5 ulduzlu otellər 150-250 manat, 4 ulduzlular isə 80-130 manat arasında dəyişir”.
Sadiq Cavadov

www.yenicag.az

215
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv