!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bayram günlərində qiymət artıran TURİZM OBYEKTLƏRİ: "Bu sektorda qiymətlərin baha olmasının səbəblərindən biri..."

!Reklam – Yazi

“Turizm obyektləri müəyyən dövr ərzində öz xərclərini çıxara bilmədiyi üçün qısa müddətli bayramlarda qiymətləri bahalaşdırır”.

Bu fikirləri bayram günlərində turizm sektorunda qiymətlərin bahalaşmasının səbəbləri barədə danışan iqtisadçı Xalid Kərimli Yenicag.az– a açıqlamasında deyib.

Onun sözlərinə görə, turizm sahəsində rəqabət çox azdır”

“Azərbaycanda turizm sektorunda qiymətlərin baha olmasının səbəblərindən biri turizm obyektlərinin xərclərinin çox olmasıdır. Çünki turizm obyektləri tikilən zaman bütün materiallar xaricdən gətirilir.

İkinci əsas səbəb turizm sezonlarının az olmasıdır. Xüsusilə qış turizmində çox az müddət sezon dövrü olur. Müştərilərin az olması qiymətlərin baha olmasına təsir edir. Turizm obyektləri bu dövr ərzində öz xərclərini çıxara bilmədiyi üçün qısa müddətli bayramlarda qiymətləri bahalaşdırır.

Digər bir səbəb isə bu sahədə rəqabətin az olmasıdır. Burada obyektlərin azlığı əsas təsiredici amildir. Hesab edirəm ki, əgər turizm obyektləri daha çox olsa və rəqabət intensiv olsa, bu zaman qiymətlər də daha ədalətli formalaşar”.

Nuray Məmmədzadə

www.yenicag.az

516
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv