Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bayram Nurlu CƏZALANDIRILDI - Bu görüntülərə görə - VİDEO

Sosial şəbəkələrdə “Bayram Nurlu” kimi tanınan, Qax rayonunun Tasmalı kənd sakini Bayraməli Musayevin Qəbələ rayonundakı istirahət mərkəzlərindən birində tibbi maskadan istifadə etmədən və sosial məsafə saxlamadan xüsusi karantin rejiminin tələblərini pozaraq rəqs etməsini əks etdirən görüntülər yayımlanıb.

Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, bununla əlaqədar Bayraməli Musayev Polis Şöbəsinə dəvət edilərək barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək 100 manat məbləğində cərimə edilib. O, törətdiyi inzibati xətanı etiraf etmiş və bu hərəkətindən peşman olduğunu bildirib.

www.yenicag.az

3263