!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bayram tədbiri faciəyə ÇEVRİLDİ: Direktor 5 metr hündürlükdən yıxılaraq ÖLDÜ - VİDEO

!Reklam – Yazi

Hindistanda Amerikanın “Vistex” şirkətinin uğurlu fəaliyyətinin 25-ci ildönümünə həsr olunmuş bayram tədbiri zamanı faciə baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə New York Post məlumat yayıb. Bildirilir ki, Baş direktor Sincay Şah şirkətin korporativ tədbiri zamanı işçilərinin gözü qarşısında dünyasını dəyişib. Prezident Vişvanat Racu Datla reanimasiyadadır.

Belə ki, Baş direktor və prezident təşkil edilən korporativ tədbir zamanı 700-ə yaxın əməkdaşın qarşısında möhtəşəm çıxış etməyi planlaşdırıblar. Bunun üçün onlar yerdən 5 metr hündürlükdə asılmış dəmir qəfəsdə səhnəyə enməli olublar.

Lakin nəsə plana uyğun getməyib. Qəfəs əyilib, onu tutan kabellərdən biri qırılıb, hər iki şəxs oradan düşüb.
Qəza nəticəsində ağır kəllə-beyin travması alan Sincay Şah həyatını itirib, prezident Vişvanat Racu Datla isə hazırda ağır vəziyyətdədir.

Qeyd edək ki, Sincay Şah Hindistandan ABŞ-yə köçüb. Orada 1989-cu ildə MBA dərəcəsi alıb və on il sonra Vistex konsaltinq xidmətləri firmasını qurub.
O vaxtdan bəri dünyada 20-dən çox şirkət ofisi açılıb və Sony, Siemens, General Motors, Yamaha, Coca-Cola və başqaları kimi nəhənglər onun müştərilərinə çevrilib.

Məlumata görə, “Vistex”in vəfat etmiş baş direktoru xeyriyyəçi olub. O, həmçinin səhiyyə, təhsil və yoxsulluğun aradan qaldırılması sahələrində proqramlarda iştirak edən qeyri-kommersiya təşkilatlarına qrantlar verən fond təsis edib.

Xuraman Etibarlı

www.yenicag.az

136
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv