!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bayramov Antalyada Lavrovla görüşdü

!Reklam – Yazi

Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının Xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilb.

Yenicag.az Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüş zamanı ikitərəfli gündəliyin aktual məsələləri üzrə müzakirələr aparılıb.

Tərəflər Ukraynada mövcud olan vəziyyət, Rusiya və Ukrayna arasında aparılan danışıqlar, məsələnin həlli yolları ətrafında fikir mübadiləsi aparıb.

Görüşdə nazirlər regionda mövcud olan cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası, işğal faktorun aradan qaldırılması ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün imkanların yaranması, kommunikasiya və nəqliyyat xətlərinin açılması, sərhədlərin delimitasiya prosesinə dair məsələlər ətrafında müzakirələr aparıblar.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

www.yenicag.az

669
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv