!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bazara yeni elektrik avtomobilləri çıxarılacaq - Məşhur markadan ŞOK DƏYİŞİM

!Reklam – Yazi

“Ford”un ilk karbon neytral avtomobil istehsalı mərkəzi olan “Ford Köln Elektrikli Vasitə Mərkəzi” 2026-cı ilin sonunadək ildə 2 milyon ədəd elektrikli avtomobil istehsal etmək hədəfini qarşısına qoyub.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, illik 250 min ədəd avtomobil istehsal etmək gücünə malik müəssisənin Avropa bazarı üçün yeni nəsil elektrikli minik avtomobil istehsal edəcəyi bildirilir.

Qeyd edək ki, “Ford” şirkəti ilk dəfə Almaniyanın Köln şəhərində 1930-cu ildə əsası qoyulan tarixi zavodu 2 milyard dollar həcmində sərmayə ilə transformasiya edərək yeni nəsil elektrikli avtomobillərin istehsalı üçün yeni bir müəssisəyə çevirib.

Həmçinin şirkətin açıqlamasına görə, 125 hektar əraziyə, yüksək standartlara əsaslanan yeni istehsal xətti, yığım texnologiyası və avtomatlaşdırma sistemlərinə malikdir. “Ford”un “Mustang Mach-E”, “E-Transit” və “150 Lightning” kimi modellərinin uğur qazanmasının ardından bir müddət öncə anonsu verilən yeni “Explorer” modeli şirkətin Kölndə istehsal edəcəyi ilk elektromobil olacaqdır.

www.yenicag.az

540
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv