!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BBC Azərbaycanda fəaliyyətini dayandırdı

!Reklam – Yazi

835289_465450BBC Sputnik-in yazdığını təsdiqləyib. Belə ki, BBC Azərbaycan xidməti BBC Monitoring-in Bakıdakı ofisinin bağladığını elan edib.

Bu barədə açıqlama qurumun rəsmi saytında yerləşdirilib.

Açıqlamada deyilir: “BBC Monitoring Bakıda ofisini bağladığını elan edib.

BBC deyib ki, bu dəyişikliyi beynəlxalq əməliyyatlarını yenidən tarazlaşdırmaq, “bəzi əsas regionlara daha səmərəli xidmət etmək və yeni məkanlarda [ofislər] açmaq üçün” edir”.

Məsələn, Mayamidəki BBC ofisində BBC Monitoring ofisi açırıq, deyə BBC-nin sözçüsü bu qərarın səbəbini açıqlayarkən bildirib.

BBC həmçinin bildirilib ki, bu qərar hazırkı qənaət hədəflərinə çatmağa yardımçı olacaq.

BBC Monitoring-in Bakıda əməliyyatlarını dayandırması BBC Azərbaycan xidmətinin ölkədə mövcudluğuna təsir etməyəcək.

BBC Azərbaycanca, azərbaycandilli onlayn və sosial media auditoriyası üçün populyar xəbər mənbəyidir və bu auditoriyaya qlobal və regional xəbər və hadisələr barədə BBC-nin reportajlarını çatdırır, deyə BBC sözçüsü deyib.

Gələn il [həyata keçirilməsi] təklif olunan dəyişiklərin heç biri BBC Azərbaycancanın işinə təsir etməyəcək və biz Azərbaycandan xəbər verməyə davam edəcəyik, deyə o əlavə edib.

BBC Monitoring Qafqazda mövcudluğunu davam etdirəcək və regiondakı işini Tbilisidən koordinasiya edəcək”.

Xatırladaq ki, bir müddət əvvəl Sputnik müvafiq məlumatı saytında yerləşdirmişdi. Məlumatda bildirilirdi:

BBC Monitoring Azərbaycandakı fəaliyyətinə xitam verir. Bu barədə Sputnik Azərbaycan öz mənbəsinə istinadən məlumat verir.

Mənbənin sözlərinə görə, 6 ay ərzində ВВС Monitoring Azərbaycandakı fəaliyyətinə xitam verərək Tiflis şəhərinə dislokasiya olunur.

BBC Monitoring-in Bakıdakı ofisində bu məlumatı şərh etməkdən imtima edibkər. BBC-nin Londondakı qərargahında, rus xidmətində şərhdən yayındılar.

BBC Monitoring-in Bürosu Azərbaycanda 15 ildən artıq müddətdə fəaliyyət göstərir. Bu dövr ərzində kəskin analitik materialların dərci də daxil olmaqla müxtəlif layihələr həyata keçirilib.

BBC Monitoring — Böyük Britaniyanın BBC teleradioyayım korporasiyasının bölməsidir və bütün dünya üzrə TV, çap və internet mənbələrdən monitorinqin hazırlanması ilə məşğul olur(faktxəbər).

www.yenicag.az

523
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv