!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BBC-dən TƏXRİBAT: Azərbaycana qarşı böhtan və iftira dolu məqalə dərc etdi

!Reklam – Yazi

BBC Azərbaycanla bağlı böhtan və iftira dolu məqalə dərc edib.

Yenicag.az xəbər verir ki, BBC-nin Rusiya xidməti bugünkü buraxılışında Azərbaycanda etnik zəmində guya “araşdırma” apardığını bildirərək qalmaqallı yazı paylaşıb.

Böhtan dolu məqalədə deyilir:

“Azərbaycan hakimiyyəti Qarabağdan olan ermənilərin öz dillərini və mədəniyyətlərini qoruyub saxlayaraq ölkənin tamhüquqlu vətəndaşı ola biləcəklərini dəfələrlə bildirib.

Lakin BBC Azərbaycanda digər milli azlıqların – talış, ləzgi və rusların necə yaşadığına nəzər salıb.

Məlum olub ki, onların praktikada eyni hüquq və imkanları yoxdur. Bəzilərinin öz ana dilində məktəblərə, hətta universitetlərə daxil olmaq imkanı var, digərləri isə həbs və təqiblərə məruz qalır”.

Daha sonra BBC guya tatlar, ləzgilər, talışlar arasında sorğu apardığını bildirib. Anonim “respondent”lər adından yalan, şər, böhtan xarakterli “çıxış”lar da yer alıb.

BBC guya belə bir şəraitdə Qarabağ ermənilərinin Azərbaycanda “dinc, yanaşı yaşamağının mümkün olmadığını” sübuta yetirib.

Bu yazının ərsəyə gəlməsində “əməyi” olanların Azərbaycanı  və onun uğurlarını gözü götürməyən sapı özümüzdən olan baltaların olduğu da aydın görünür.

“BBC” adı altında ara qarışdırmağa, nifaq salmağa çalışan düşmənlərimizin bu məkrli niyyəti də Qarabağla bağlı “arzuları” kimi suya düşəcək, məhv olacaq!

Xuraman Etibarlı

www.yenicag.az

210
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv