!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BBC-nin məşhur aparıcısı Ukraynada qəzaya düşdü

!Reklam – Yazi

Film çəkilişləri üçün Ukraynaya səfər edən BBC-nin tanınmış aparıcısının qəzaya düşdüyü bildirilir.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, BBC-nin məşhur aparıcısı Klayv Mayrinin Ukraynada iyun ayında qəzaya düşdüyü bildirilsə də, bu barədə informasiya indi ictimailəşib.

Məlumata görə, sənədli film çəkilişi üçün Ukraynaya yollanan aparıcının maşını zirehli transportyorla toqquşub. Qəza nəticəsində 57 yaşlı Mayrinin başından xəsarət aldığı məlum olub.

Qəza zamanı BBC-nin adı açıqlanmayan operatorunun da Mayri ilə birlikdə olduğu dəqiqləşdirilib. Onun ağır xəsarətlər aldığı və reanimasiyaya yerləşdirildiyi deyilir.

Baş vermiş hadisənin birbaşa döyüş əməliyyatlari ilə bağlılığının olub-olmadığı qeyri-müəyyən qalıb.

www.yenicag.az

363
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv