!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BDU 5 illik müddətə akkreditasiyadan keçdi

!Reklam – Yazi

Bakı Dövlət Universitetində (BDU) Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Ülkər Səttarova ilə görüş keçirilib.

Universitetdən Yenicag.az-a verilən xəbərə görə, görüşdə çıxış edən rektor Elçin Babayev Universitetin əsas vəzifəsinin ölkəmiz üçün yüksəkixtisaslı kadrlar hazırlamaq olduğunu vurğulayıb. Rektor diqqətə çatdırıb ki, akkreditasiya ali təhsil müəssisəsinə güclü və zəif tərəflərini müəyyənləşdirməyə və strateji inkişaf proqramı əsasında inkişaf etməsinə imkan verir. BDU bu prosesi uğurla həyata keçirib, Agentliyin təklif və tövsiyələrini nəzərə alıb.

TKTA-nın İdarə Heyətinin sədri Ülkər Səttarova isə qeyd edib ki, akkreditasiya prosesinin əsas məqsədi təhsilin müxtəlif pillələrində keyfiyyətin təminatı sisteminin qurulmasıdır. TKTA-nın İdarə Heyətinin sədri akkreditasiya prosesini uğurla tamamladığına görə BDU rektorunu təbrik edib, Universitetin gələcək fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra rektor Elçin Babayevə Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının 8 iyun 2023-cü il tarixli qərarı ilə BDU-nun 5 (beş) il müddətində akkreditasiya olunduğu ilə bağlı şəhadətnaməni təqdim edib.

www.yenicag.az

151
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv