!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BDU doktoranturaya qəbul elan etdi

!Reklam – Yazi

Bakı Dövlət Universiteti Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2022-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları”na uyğun olaraq fəlsəfə və elmlər doktoru proqramları üzrə doktoranturaya qəbul elan edib.

Yenicag.az xəbər verir ki, universitetdən verilən məlumata görə, sənədlərin qəbulu mayın 5-dək “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcək.

Sənəd təqdim etmək istəyən şəxslər Təhsil Nazirliyinin portal.edu.az saytında qeydiyyatdan keçməlidirlər.

Qəbul qaydaları haqqında ətraflı məlumatı BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin Magistratura və doktorantura şöbəsindən və rəsmi internet səhifəsindən (www.bsu.edu.az, http://md.bsu.edu.az) əldə etmək olar.

www.yenicag.az

450
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv