!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BDU-nun kafedra müdiri vəfat etdi

!Reklam – Yazi

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin Hidrometeorologiya kafedrasının müdiri, dosent İmran Abdullayev vəfat edib.

Yenicag.az xəbər verir ki, İ.Abdullayev 1983-1992-ci illərdə BDU-nun Hesablama Mərkəzində qrup müdiri, 1992-1994-cü illərdə Universitetin Tətbiqi Riyaziyyat İnstitutunda direktor müavini, 1994-cü ildən Coğrafiya fakültəsinin Hidrometeorologiya kafedrasının dosenti, 2022-ci ildən müdiri işləyib.

2019-cu ildə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı və “Əməkdar müəllim” fəxri adı ilə təltif olunub.

İmran Abdullayev hidrometeorologiya, okeanoloji proseslərin riyazi modelləşməsi, Xəzərin ekoloji problemləri üzrə dəyərli alimlərdən idi.

www.yenicag.az

116
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv