!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BDU-nun qarşısında TƏLƏBƏ İZDİHAMI: Universitetdən gülünc açıqlama - FOTO

!Reklam – Yazi

Bu gün ölkədəki ali təhsil müəssisələrində tədris ənənəvi şəkildə bərpa edilir.

Yenicag.az xəbər verir ki, tələbə və müəllimlərin univeristetlərə girişinə yalnız COVID pasportu olduğu halda icazə verilir.

Minlərlə tələbənin pasportunun yoxlanması isə sosial məsafə qaydalarının ciddi şəkildə pozulmasına gətirib çıxarır.

Bakı Dövlət Univeristetində (BDU) isə ciddi sıxlıq müşahdə olunur. Yayılan fotoşəkillərdən aydın görünür ki, univerisitet qarşısında ciddi izdiham yaşanır.

Məsələ ilə bağlı BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən verilən açıqlama isə təəccüb doğurub.

Belə ki, şöbə müdiri Günel Orucəliyeva izdihama rəğmən, sosial məsafənin gözlənilməsinə riayət edildiyini bildirib:

“Bakı Dövlət Universitetində tələbələrin sayının çoxluğu, həmçinin birinci kursların ilk dərs gününə valideynləri və yaxınları ilə gəlmələri binanın qarşısında izdihamın yaranmasına səbəb olub. Mühafizəçilərimizin universitet ərazisindən kənara nəzarət etməyi demək olar ki mümkün deyil. Amma hər bir korpusda və fakültələrdə tələbələrin vaksin pasportunun olub-olmaması fərdi qaydada yoxlanılır, sosial məsafənin gözlənilməsinə riayət edilir”.

Görünən odur ki, univeristetlərin yarıtmaz “pasport yoxlanışı” qaydası yoluxma saylarının artmasına ciddi təsir göstərəcək.

www.yenicag.az

1145
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv