!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BDU tələbələri arasında “Ən yaxşı layihə” nominasiyası üzrə müsabiqə elan edildi

!Reklam – Yazi

Bakı Dövlət Universiteti 27 Mart – Azərbaycan Respublikasında “Elm günü” ilə bağlı BDU tələbələri (bakalavr və magistrantlar) arasında “Ən yaxşı layihə” nominasiyası üzrə müsabiqə elan edib. 

Müsabiqə Universitetin Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə keçiriləcək.

Müsabiqənin məqsədi təhsil, elmi-tədqiqat və innovasiya fəaliyyəti kimi bacarıqlara malik istedadlı tələbələri seçmək, onlarda innovativ sahibkarlıq fəaliyyətini həyata keçirə bilmək bacarıqlarını təşviq və inkişaf etdirmək, fərqlənən BDU tələbələrini mükafatlandırmaqdır.

Müsabiqə üzrə qaliblər diplom və pul mükafatları ilə təltif ediləcəklər:

1-ci yer:

• Bir layihə – 1500 manat.

2-ci yer:

• Bir layihə – 1000 manat.

3-cü yer:

• Bir layihə – 500 manat.

BDU-nun tələbələri müsabiqədə fərdi və ya komanda (3 nəfərdən ibarət) şəklində iştirak edə bilərlər.

Müsabiqə “Sosial yönümlü texnologiyalar və sosial innovasiyalar”, “Ağıllı şəhər, kənd və ev konsepsiyası”, “Alternativ enerji sistemləri”, “Su və enerji ehtiyatlarına qənaət sistemləri və “ağıllı həllər””, “İtkisiz texnologiyalar və təkrar emal: yeni yanaşmalar” kateqoriyaları üzrə keçiriləcək.

Təklif olunan layihə müsabiqənin kateqoriyalarından ən azı birinə aid və layihənin elmi ideyası yeni olmalıdır.

Qeyd edilən şərtlər daxilində hazırlanmış layihələr 2022-ci il martın 30-dək [email protected] elektron ünvanına göndərilməlidir.

Layihələr münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qalib layihələr üzrə ideyaların reallaşdırılması üçün şərait yaradılacaq.

Daha ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək olar:

http://bsu.edu.az/az/news/elan_n_yax_layih

www.yenicag.az

557
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv