!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BDYPİ hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət etdi

!Reklam – Yazi

“Hazırda müşahidə olunan yağışlı, dumanlı hava şəraiti yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır. Xüsusilə gecə və səhər saatlarında dumanlı, yaxud çiskinli hava görünüş məsafəsini məhdudlaşdırır ki, bu da sürücünün digər hərəkət iştirakçılarını, nizamlama vasitələrini vaxtında və aydın görməsinə ciddi maneə yaradır”.

Yenicag.az xəbər verir ki bunu Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) mövcud hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciətində bildirib.

“Həftənin şənbə və bazar günləri avtomobil yollarında hərəkət intensivliyinin digər günlərə nisbətən daha da artacağını nəzərə alaraq hərəkət iştirakçılarına əlverişsiz havada daha diqqətli olmağı, ələlxüsus səfərə çıxan sürücülərə sürət həddini nəzarətdə saxlamağı, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirik”.

www.yenicag.az

135
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv