“Bədənə yeni qan lazımdır” – Diaspor liderindən Azərbaycandakı islahatlara ilginc reaksiya – VİDEO

“Bədənə yeni qan lazımdır…”

Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti və yeni təsis edilmiş Ukrayna Azərbaycanlıları Radasının həmsədri Rövşən Tağıyev Azərbaycanda gedən son islahatlara münasibət bildirərkən belə deyib.

Diaspor lideri son dəyişiklikləri yüksək qiymətləndirib:

“Azərbaycan düz yolda gedir. Son dəyişikliklər də vacibdir. Bədənə yeni qan lazımdır. Hesab edirəm ki, o qanla bütün xəstəliklərimizi müalicə edə bilərik”.

Qeyd edək ki, Rövşən Tağıyev bu fikirləri “Yeni Çağ” Media Qrupunun “Bizimkilər” layihəsinin Ukraynada hazırlanan xüsusi buraxılışında səsləndirib.

Daha ətraflı videomaterialdan izləyin:

 

COP29