!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bədənimdə çox sınıqlar var, müalicəm davam edir” - Şamil Ayrım

!Reklam – Yazi

“Müalicəmi həyata keçirən həkimlərin tövsiyələrinə əməl etməyə çalışıram”.

Bu fikirləri Azərbaycanda bu il oktyabrın 20-də qəzaya düşərək müxtəlif xəsarətlər alan Türkiyə Böyük Millət Məclisinin (TBMM) hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputatı Şamil Ayrım Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkili qısa açıqlamasında müalicəsinin hələ davam etdiyini bildirib:

“Bildiyiniz kimi qəza nəticəsində bədənimdə çox sayda sınıqlar var, onların narahatlığı hələ aradan qalxmayıb. Sınıqlara görə tibbi korset istifadə etməli oluram. Müalicəm davam edir.

Bu arada müalicəmi həyata keçirən həkimlərin tövsiyələrinə əməl etməyə çalışıram. Şükür, özümü hər gün daha yaxşı hiss edirəm. İnşallah, yaxın vaxtlar müalicəm tamamlanar. Maraqlanan, narahat olan hər kəsə minnətdarlığımı çatdırıram”.

www.yenicag.az

246
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv