!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Bədənimə toxunmağa başladı" - "Çelsi"nin 12 yaşında zorlanan futbolçusu

!Reklam – Yazi

İngiltərənin “Çelsi” klubunun qadınlardan ibarət komandasının futbolçusu Darsi Vells şok hadisə ilə üzləşib.

Yenicag.az xəbər verir ki, o, 12 yaşında ikən şəxsi məşqçisi Şeyn Huqhes tərəfindən zorlanıb.

Hazırda 19 yaşı olan Vells 7 il öncə baş verən hadisə ilə bağlı “Daily Mail” nəşrinə danışıb:

“Şeyn bir müddət bədənimə toxunmağa başladı. Bu hərəkətlərin futbola və məşqə heç bir aidiyyatı yox idi. Bir gün məndən telefon nömrəmi istədi. Bundan sonra mənə açıq-saçıq mesajlar yazmağa başladı. O vaxt 12 yaşım var idi. Uşaq olduğum üçün çox qorxdum. Buna görə də onun etdiklərini heç kimə söyləyə bilmədim”.

Maraqlıdır ki, sonradan məşqçisinin Vellsə yazdığı mesajları onun müəllimləri aşkarlayıb. Bundan sonra Darsi Vellsin ailəsinə xəbər verilib. Baş verən hadisələrdən sarsılan Vells bir müddət müalicə alsa da, sonradan Şeynin “Çelsi”yə baş məşqçi gətirilməsi onu şoka salıb. Həmin vaxt 16 yaşı olan futbolçu bundan sonra da baş məşqçisi tərəfindən dəfələrlə zorlanıb. O, bunu heç kimə danışmaması üçün Vellsi təhdid edib. Baş verən hadisə ilə bağlı polis tərəfindən araşdırma başlanandan sonra isə Şeyn tutduğu postdan istefa verib.

“O, təkcə mənə göz dikməmişdi. Bacıma da eyni mesajalardan yazırdı. Yaşadıqlarımı heç vaxt unuda bilmirəm. Psixologiyam pozulduğu üçün məktəbə getmədim. “Çelsi”də işlərim yoluna getmədi. Müalicə almaq üçün bir müddət xəstəxanada yatdım. Bir sözlə, həyatım məhv oldu. Adam başına gələnləri danışmadıqca, işlər daha da pisə doğru gedir”.

www.yenicag.az

2463
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv