!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Bədii gimnastika üzrə 28-ci Bakı birinciliyi keçiriləcək

!Reklam – Yazi

Aprelin 25-27-də bədii gimnastika üzrə 28-ci Bakı birinciliyi keçiriləcək.

Yenicag.az xəbər verir ki, Bakı Olimpiya İdman Kompleksində keçiriləcək yarışda “Ocaq Sport” Klubu, 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, Respublika Kompleks İdman Məktəbi, “Grasiya” klubu, Su İdmanı Sarayı, Zirə Mədəniyyət Mərkəzi, Şağan Olimpiya İdman Kompleksi, FHN İdman-Sağlamlıq Kompleksini təmsil edən gimnastlar paytaxtın ən güclüsü adı uğrunda mübarizəyə qoşulacaqlar.

Yarışda idmançılar fərdi (balacalar – 2013-cü, 2014-cü, 2015-ci il təvəllüdlü, yeniyetmələr – 2011-2012-ci il təvəllüdlü, gənclər – 2008-2010-cu il təvəllüdlü) və qrup hərəkətləri proqramında (balacalar – 2013-2015-cü il təvəllüdlü, yeniyetmələr – 2011-2012-ci il təvəllüdlü, gənclər – 2008-2010-cu il təvəllüdlü) mübarizə aparacaqlar.
Üç gün davam edəcək yarışda qaliblər çoxnövçülük, komanda hesabı və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.

Çempionlar fərdi gimnastlar, yeniyetmə və gənclərdən ibarət qrup komandaları arasında çoxnövçülük, balacalardan ibarət qrup komandaları arasında isə həm çoxnövçülük, həm də ayrı-ayrı alətlər üzrə bəlli olacaq.

www.yenicag.az

289
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv