Reklam

Reklam

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Xarici İşlər Nazirliyi ölkənin İsveçrədəki səfiri Mayyu Cauxari Tisafini geri çağırıb.

Yeniçağ.Az APA-ya istinadən xəbər verir ki, buna səbəb İsveçrənin BMT-də Bəhreyndə insan hüquqlarının pozulduğunu bəyan etməsi olub. Bəhreynin insan haqlarının qorunması sahəsində bir sıra addımlar atdığını vurğulayan BƏƏ xarici işlər nazirinin müavini Əbderrahim əl-Audi deyib ki, belə məsələləri ikitərəfli kanallarla müzakirə etməyə üstünlük vermək lazımdır, Bəhreynlə İsveçrə arasında da belə kanal yaradılıb. Ə. əl-Audi Bəhreynin təhlükəsizliyi və sabitliyinin BƏƏ-nin təhlükəsizlik və sabitliyi olduğunu vurğulayıb: “İsveçrə kimi bəyanatların verilməsi isə dağıdıcı və terrorçu fəaliyyətlərin həyata keçirilməsinə bəhanə yaradır. BƏƏ İsveçrənin bu məsələ ilə bağlı mövqeyinə yenidən baxmasını gözləyir”.

Qeyd edək ki, 2011-ci ildə Bəhreyndə Fars körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv ölkələrinin dəstəyi ilə hökumət əleyhinə şiə qruplaşmaların etiraz aksiyaları yatırdılıb. 2014-cü ildə Bəhreyn paytaxtında təhlükəsizliyin qorunmasında iştirak edən BƏƏ polis zabiti də şiə qruplaşmalar tərəfindən öldürülüb.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 77
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."